‘İslahatçı Gənclər’ Lerikdə gənclərlə görüşdü- FOTO

GƏNCLİK
13:51 23.09.2013
1385

Gənclər seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

“İslahatçı Gənclər” İctimai Birliyi Lerik rayonunda “Gənclərin seçkilərdə rolu və seçimi” mövzusunda gənclərlə görüş keçirib. Keçirilən görüşdə giriş nitqi ilə çıxış edən“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlıseçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu bildirdi. O qeyd etdi ki, 600 mindən artıq gənc bu il ilk dəfə olaraq seçkilərdə iştirak edəcək. Birlik sədri Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edərək, ölkəmizdə gənclərin özlərini realizə edə bilməsi üçün yaradılan imkanlardan danışdı. “İslahatçı Gənclər” İctimai Birliyinin 9 oktyabr Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı qərarını xatırladan F.Şahbazlı lerikli gəncləri seçki prosesində aktiv iştirak etməyə səslədi. O bildirdi ki, 9 oktyabr Prezident İlham Əliyevin timsalında həm də ölkə gəncliyinin qələbə günü olacaq.

Çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin Baş katibi Hacıbəy Heydərli seçkilər öncəsi siyasi mübarizənin əsas platformalarından sayılan sosial şəbəkələrdəki mənzərəylə bağlı təqdimat keçirdi. H.Heydərli birliyin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində yaradılan “Gənclərin Lideri – İlham Əliyev” səhifəsindən danışaraq, gənclərin səhifəyə olan böyük marağından söz açdı. Baş katib ümumiyyətlə sosial şəbəkələrdə Prezident İlham Əliyevin bütün meyarlar üzrə rəqiblərini böyük fərqlə üstələdiyini və vətəndaşların virtual dünyada da ölkə başçısını aktiv şəkildə dəstəklədiyini qeyd etdi.

Birliyin idarə heyətinin üzvü Cavid Süleymanlı Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin konkret nəticələrindən söz açaraq, ölkə gəncliyinin daima İlham Əliyevə güvəndiyini və dəstəklədiyini diqqətə çatdırdı. Görüşdə çıxış edən YAP Lerik rayon təşkilatı Gənclər Birliyinin sədri Zamiq Əhədov ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanların yaradıldığını, lerikli gənclərin seçkilərdə aktiv iştirak edəcəyini və birmənalı qaydada gənclərin böyük dostu olan İlham Əliyevə səs verəcəklərini qeyd etdi.

OXŞAR XƏBƏRLƏR