İslam Partiyasının sədri geylərdən danışdı: ‘Bu cür tədbirlər gənclərin cinsi azlıqlara meyilini artırır’

İslam Partiyasının sədri geylərdən danışdı: ‘Bu cür tədbirlər gənclərin cinsi azlıqlara meyilini artırır’
Bütün Xəbərlər
17:05 07.12.2012
1236

“Onlar üçün belə münasibətlər adiləşər və cinsi azlıqlara meyili yaranır”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokratik İslam Partiyasının sədri Tahir Abbaslı “Dalğa” gənclər təşkilatının bu mövzuda keçirdiyi tədbirə münasibət bildirərkən söyləyib. O bu cür tədbirlərin Azərbaycan gənclərinə zərərli olduğunu qeyd edib:

“Görəsən bu tədbirlərin hədəfi cinsi azlıqların qayğısına qalmaqdırmı? Əgər belədirsə, özünə gün ağlaya bilməyən gəncliyin belə ağır mövzuya nə töhvəsi olacaq? Ölkə daxilində ruhi xəstələrin, imkansız qocaların və xüsusi ilə əlillərin hüquqları ilə bağlı tədbir keçirilsəydi daha məntiqə uyğun olardı. Hesab edirəm ki, bu cür mövzularla gənclərin yüklənməsi uğursuz siyasətdi. Düşünürəm ki, bu məqsədyönlü edilir ki, gəncliyin özünə inamı qalmasın. Çünki, sağlam gənclik cinsi azlıqlarla tez-tez təmasadan qeyri-ixtiyari olaraq zəhərli və zərərli fikirlərlə yüklənə bilərlər. Onlar üçün belə münasibətlər adiləşər və cinsi azlıqlara meyilləri yaranır. İndiki gənclik gələcəyin ziyalıları olaraq dövlətin və millətin sahibidirlər. Ona görə belə tədbirlərin keçirilməsinin əlehinəyik”.

Xatırladaq ki, “Dalğa” gənclər təşkilatı Azərbaycanda cinsi azlıqların hüquqlarını müdafiəsi məqsədilə tədbir keçirib və qurumdan verilən məlumata görə, tədbirə qatılanlar arasında cinsi azlıqların nümayəndələri də olub. Bu məqamda onu da deyək ki, “Avroviziya-2012” musiqi yarışması öncəsi də Bakıda “qey-parad”ın keçirilməsi təşəbbüsü irəli sürülmüşdü.

OXŞAR XƏBƏRLƏR