İsmayıllıda dəhşətli qəza: ölənlər və yaralananlar var

İsmayıllıda dəhşətli qəza: ölənlər və yaralananlar var
Bütün Xəbərlər
10:37 02.11.2011
2684
Noyabrın 1-də İsmayıllı rayonu ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. 
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 46-cı kilometrliyində “VAZ 2109” və “Toyota Prado” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2109”-un sürücüsü, Zaqatala rayon Tala kənd sakini, 1977-ci il təvəllüdlü Mikayılov Qərib Əmrullah oğlu və sərnişin, Zaqatala rayon Tala kənd sakini 1980-ci il təvəllüdlü Məmmədov Sirac İslam oğlu hadisə yerində ölüb.
Daha iki nəfər isə ağır vəziyyətdə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR