İsmayıllıdakı 'Çıraq' otelinin müdiri həbs edildi

İsmayıllıdakı
Bütün Xəbərlər
09:42 24.01.2013
3904

İsmayıllı rayon Polis Şöbəsi İsmayıllı rayonunda çoxsaylı insanın iştirakı ilə keçirilən aksiya ilə bağlı rəsmi açıqlama yayıb.AZXEBER.COM-un məlumatına görə, açıqlamada qeyd olunur ki, İsmayıllı şəhərində fəaliyyət göstərən “Çıraq” otelinin müdiri, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” markalı idman tipli minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib.Emil Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb.Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Lazım oğlu ilə birgə maşından düşərək yolun kənarında dayanmış 31-BD-817 dövlət nömrə nişanlı “VAZ 21074” markalı minik avtomobilinə ayaqla bir neçə zərbə vuraraq onu əziblər.Sonra həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21074”ün sürücüsü 1985-ci il təvəllüdlü Bəkirov Ramil Əlimurad oğlunu döyüblər. Sürücü R. Bəkirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Onlar arasında baş verən bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. Emil Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib. Sonradan Emil Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib.Qısa vaxt ərzində ümumilikdə 3 minə yaxın rayon sakini əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq otelin həyətinə keçiblər və darvazanı aşırıblar. Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini 1983-cü il təvəllüdlü Nəsirov Emin Bəxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Otelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı “Chevrolet Niva”, 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” və 10-ZZ-485 dövlət nömrə nişanlı “Hummer” markalı minik avtomobillərini yandırıblar.Sonra onlar sındırılmış pəncərələrindən içəri daxil olaraq ikimərtəbəli oteli yandırıblar. Sonra iğtişaş iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın ediblər.Onlar mənzilin həyətindəki 10-NX-700 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar.Hadisə zamanı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları - 1980-ci il təvəllüdlü Əsgərov Səfa Ədalət oğlu, 1989-cu il təvəllüdlü Lətifov İmran Vahid oğlu və 1986-cı il təvəllüdlü Kərimov Rauf Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Hadisə ilə əlaqədar olaraq “Çıraq” otelinin müdiri Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov həbs edilib. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır. Aksiya iştirakçılarından isə heç kim polis əməkdaşları tərəfindən saxlanılmayıb. Dörd saat davam edən aksiyanın dinc yolla sakitləşdirilməsi üçün tədbirlər görülüb və gecə saat 02:30 radələrində insanlar evlərinə gediblər. Hadisə yerinə İsmayıllı, Göyçay, Şamaxı, Qəbələ rayonlarından polis əməkdaşları, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və daxili qoşunların briqadaları cəlb edilib.Aksiya başa çatdıqdan sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general mayoru Cavanşir Məmmədovun rəhbərliyi ilə İsmayıllı rayon Polis Şöbəsində müşavirə keçirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər