"İsrail Azərbaycanı beynəlxalq arenada müdafiə etdi, yeni silah texnologiyalarını bizdən əsirgəmədi"

"İsrail Azərbaycanı beynəlxalq arenada müdafiə etdi, yeni silah texnologiyalarını bizdən əsirgəmədi"
SİYASƏT
13:10 11.05.2021
437
Millət vəkili Fazil Mustafa "İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir?", sualına cavab verib. 

AZXEBER.COM aktuallığını nəzərə alaraq, həmin cavabı təqdim edir.

***

"Soruşurlar ki, İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir? Qətiyyətlə pisləyirəm. Bu problemin bir an öncə çözülməsi hamıdan çox İsrailin faydasınadır. Çünki çevrədə nə qədər narazı etnik və ya dini topluluq olacaqsa, İsrailin də rahatsızlığı o qədər olacaqdır. Beynəlxalq hüquqa uyğun olaraq Fələstin məsələsi öz həllini tapmalıdır. Bununla belə, İsrailin Azərbaycan siyasətini və Azərbaycanın İsrail siyasətini tam dəstəkləyirəm. Qarşılıqlı faydaya əsaslanan bu siyasətin faydalı nəticəsini biz bir dövlət olaraq 44 günlük savaşda daha bariz şəkildə gördük. Müsəlman təəssübkeşliyi vacibdir, ancaq ilk növbədə səninlə dost olanın təəsübkeşliyinə önəm verməlisən. Bu türk də ola bilər, müsəlman da, yəhudi də, xristian da, buddist də! Pakistan bizdən xeyli uzaqdadır. Dilimizi də anlamırlar, dillərini də anlamırıq. Ancaq könlümüzə ən yaxın ölkələrdən oldu.

İsrail müsəlmanların xeyli hissəsinin düşmən saydığı dövlətdir. Yəhudilərə də münasibətdə barışmaz bir durum özünü göstərir. Ancaq hansı səbəbdən olursa olsun Azərbaycanı həm dövlət olaraq, həm də millət olaraq beynəlxalq arenada müdafiə etdilər, yeni silah texnologiyalarını bizdən əsirgəmədilər və savaşda qalib gəlməyimizdə bu amil mühüm rol oynadı.

Demək ki, biz də Azərbaycan olaraq bu yaxşılığa yaxşılıqla cavab verməliyik. Türkiyə mövzusunda nəyisə xatırlatmaq yersiz olardı. Canı bir, qanı bir, ruhu bir qardaşlarımızdır. Biz bu üç dövləti ayrıca fərqləndirsək də, başqaları ilə də normal dostluq, qonşuluq, əməkdaşlıq münasibətlərini irəlı aparmaqdan yanayıq. Rusiya, İran, Gürcüstan, Ukrayna, Belorus, Macarıstan və sair ölkələrdə dostluq əlaqələrimiz çox vacibdir.

Əlbəttə, bu siyahıda Orta Asiya Türk dövlətlərini, Əfqanıstanı ayrıca qeyd etməyə də gərək yox. Onlar da imkanları daxilində Azərbaycana qardaşlıq dəstəyini göstərirlər. Ermənistana gəldikdə isə, az qalır, onu dost olmasa da, tərbiyəli qonşu olmağa məcbur edəcəyik. Sözümün canı odur ki, bütün məsələlərə Azərbaycanmərkəzli baxışı olmayanların niyyəti Azərbaycansevərliklə uzlaşmır demək!"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
15:13 10.10.2026
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
15:07 10.10.2026
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək