İsrail Müdafiə Ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı tutucu raketin buraxıldığını açıqlayıb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava hədəfi İsrail hərbçilərinin Livanın cənubunda əməliyyat keçirdiyi ərazidə aşkarlanıb.
Qeyd olunub ki, hədəfin ələ keçirilməsi cəhdinin nəticələri dəqiqləşdirilir.
İsrail ordusunun məlumatına görə, müəyyən edilmiş prosedura uyğun olaraq hava hücumu xəbərdarlığı sirenləri işə salınmayıb.
///report///










































