İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi

İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi
SOSİAL
20:46 24.08.2026
221
İsraildə "Qafqaz mafiyası" kimi tanınan kriminal qruplaşmanın 45 yaşlı rəhbəri, əslən Rusiyadan olan Yanis Yuşvayev güllələnərək öldürülüb.

AZXEBER.COM "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, Yanis Yuşvayev Qeysəriyyə şəhərindəki "Agenda" kafesinin yaxınlığında hücuma məruz qalıb. Məlumata görə, hücum edən şəxs özünü təqaüdçü kimi göstərərək Yuşvayevi pusquya salıb.

Qətldən sonra silahlı şəxs mafiozun müşayiətçilərinə tərəf də bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Məlumata görə, Yuşvayevə qarşı ilk sui-qəsd cəhdi 2015-ci ildə baş verib. Son dövrlərdə onun digər kriminal avtoritetlərlə kəskin qarşıdurması olduğu bildirilir. Rəqiblərinin onun başına 1 milyon şekel (təxminən 566 950 manat) mükafat qoyduğu qeyd edilir.

2026-cı ilin fevralında Yuşvayev rəqiblərinə qarşı hücum hazırlamaqda şübhəli bilinərək İsrailin Ben-Qurion hava limanında saxlanılmışdı.

Yuşvayev İsrailin mərkəzi rayonlarına nəzarət edən kriminal qruplaşmanın rəhbəri olub. Qruplaşmanın tərkibində Qafqazmənşəli şəxslərin çoxluq təşkil etməsi səbəbindən ona "Qafqaz mafiyası" adı verilib.
OXŞAR XƏBƏRLƏR