İranın Lorestan əyalətində İsrailin həyata keçirdiyi hücumda İnqilab Keşikçiləri Korpusunun 5 əsgərinin həlak olduğu bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran ordusu Hava Hücumundan Müdafiə Sistemi bazalarına edilən hücumlarda ümumilikdə 15 əsgərin həyatını itirdiyini açıqlayıb.
Luristan İnqilab Keşikçiləri Mövzu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada İsrailin Luristanın Xürrəmabad şəhərində hədəfə hücumu nəticəsində 5 əsgərin şəhid olduğu qeyd edilib.
İran ordusu həmçinin Hava Hücumundan Müdafiə Sisteminin bazalarına edilən hücumlarda həlak olan 15 əsgərin, o cümlədən yüksək rütbəli zabitlərin adlarının siyahısını açıqlayıb.
Gülay