28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən "15 İyul Şəhidlər”, "Fatih Sultan Mehmet” və "Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.
Bu barədə Azvision.az -a ölkəmizin İstanbuldaki Baş Konsulluğundan bildirilib.
Mayın 27-si və 28-i keçiriləcək tədbir Baş Konsulluğun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutacaq.