Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb.
Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb.
Hadisə nəticəsində ölənlərin olub-olmadığına dair məlumat paylaşılmayıb.











































