İsveçli gənclər Azərbaycan Diplomatik Akademiyasında olublar

GƏNCLİK
14:20 01.11.2018
4168
İsveçdə və Avropada tanınmış gənc fəal "Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər təşkilatının sədri, həmyerlimiz Siyavuş Deraxti və Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevin təşkilatçılığı ilə Skandinaviya ölkələrindən Azərbaycana gələn 25 gənc ADA nın qonağı okub.
Bu barədə səfərin İnformasiya dəstəkçisi olan ASİM Azərbaycan Diasporu İnformasiya Mərkəzindən məlumat verilib.

Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin adından qonaqları salamlayan Akademiyasının rəhbərliyi gənclərə ADA-nın tarixi, fəaliyyəti, strukturu və gələcək planları barədə məlumat vermişdir. 

Gənclər ADA-nın Azərbaycanın təhsil sisteminə gətirdiyi yeniliklərlə maraqlanmışlar. Onlar, həmçinin tələbə həyatı, tələbələrin asudə vaxtlarının təşkili, ADA-nın professor və müəllim heyəti haqqında məlumatlandırılmış, akademiyanın kampusu ilə də tanış olmuşlar.

OXŞAR XƏBƏRLƏR