İt futbol meydanına girdi (VİDEO)

İDMAN
10:59 28.10.2011
1717
Cənubi Amerika “Independiente” kuboku çərçivəsində Braziliyada keçirilən “Santa Fe” – “Colombia” qarşılaşmasının 62-ci dəqiqəsində stadiona it girib.
İti stadiondan çıxarmaq mümkün olmadığı üçün hakim oyunu dayandırmalı olub. Meydana hardan girdiyi məlum olmayan heyvanı burdan çıxarmaq üçün göstərilən bütün səylər nəticəsiz qalıb. Azarkeşlərin alqış və fit səsləri isə itin oyun meydanında təşvişlə o tərəf, bu tərəfə qaçmasına səbəb olub. Dəqiqələr sonra stadiondan uzaqlaşdırılan it “Colombia” komandasına uğur gətirib. Qarşı komandaya 4-0 uduzan “Colombia” “it nəfəsi”ndən sonra rəqib komadanın qapısından 1 qol keçirməyə müvəffəq olub.

OXŞAR XƏBƏRLƏR