İtaliya səfiri Bakı Ali Neft Məktəbində - FOTOLAR

İtaliya səfiri Bakı Ali Neft Məktəbində - FOTOLAR
Bütün Xəbərlər
12:10 16.01.2013
782
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Ciorcio Stefano Baldi Bakı Ali Neft Məktəbində olub.
Qonaqları qəbul edən rektor Elmar Qasımov bildirib ki, günü-gündən inkişaf edən ölkəmiz də beynəlxalq standartlara cavab verən kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir. Ölkə başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizidə məhz bunun əyani sübutudur. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd etmiş, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat vermiş və dünyanın inkişaf etmiş dövlətlərinin sırasında öncül yerlərdən birini tutan İtaliya Respublikasının elm və təhsilmərkəzləriiləəməkdaşlıqəlaqələrininqurulmasınınxüsusimaraqkəsbetdiyinivurğulamışdır.Mario Ciorcio Stefano Baldi Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd etmiş, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasirtipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çoxönəmlibir layihə olduğunu vurğulayıb. Səfir Bakı Ali Neft Məkətbi ilə İtaliyanın tanınmış Piza Universiteti, Alfa Prosess Kontrol şirkəti və dünyada tanınmış ENİ şirkətinin Korporativ Universiteti arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.Görüşün sonunda səfir Mario Ciorcio Stefano Baldiyə Bakı Ali NeftMəktəbinin “Fəxri qonaq” diplomu verilib.
OXŞAR XƏBƏRLƏR