İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib

İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib
DÜNYA
19:48 29.07.2023
341
İtaliyanın dövlət qaz şəbəkəsi operatoru "Snam” bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi üçün Avropa İttifaqının (Aİ) "REPowerEU” yaşıl enerji sxemindən maliyyə dəstəyi almağı planlaşdırır.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, "Snam” şirkəti Aİ-yə karbon qazının tutulması, ölkədə saxlanc sisteminin genişləndirilməsi və TAP-ın gücünün artırılması ilə bağlı üç investisiya layihəsi təqdim edib.

Var qüvvəsi ilə Avropa İttifaqının COVID-dən sonrakı bərpa üçün yaradılmış fondundan 2026-cı ilə qədər 191,5 milyard avro (210,59 milyard ABŞ dolları) xərcləməyə çalışan İtaliya hökuməti həmin bu vəsaitin bir hissəsini "REPowerEU” layihələrinə yönəltmək istəyir.

Hökumətin dərc etdiyi sənədə əsasən, rəsmi Roma "REPowerEU” çərçivəsində ümumilikdə 19 milyard avro (21 milyard ABŞ dolları) xərcləyə bilər, eyni zamanda Brüssel tərəfindən təsdiq edilməli olan təklifə əsasən "Snam” layihələrinə 400 milyon avrodan çox vəsait ayrılacaq.

"Sentyabrın sonu və ya oktyabrın sonuna qədər təqdim etdiyimiz layihələr üçün mövcud vəsait haqqında daha çox məlumat əldə edə bilərik”, - "Snam”ın Baş direktoru Stefano Venyer deyib.

Qeyd edək ki, "Snam” şirkəti TAP-ın digər səhmdarları - Britaniyanın BP, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), Belçikanın "Fluxys” və İspaniyanın "Enagas” şirkətləri ilə birlikdə bərabər paya (20 %) malikdir.

Azərbaycan qazının TAP ilə Avropaya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə uyğun olaraq, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

TAP-ın ümumi uzunluğu 878 km təşklil edir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
14:26 23.10.2026
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
14:01 23.10.2026
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
13:57 23.10.2026
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
Zaur Rzayevin vəziyyəti açıqlandı
13:44 23.10.2026
Zaur Rzayevin vəziyyəti açıqlandı
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
13:25 23.10.2026
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir