Onun həyat yoldaşı məlumat verib.
Yanvarın 25-də Bakının Suraxanı rayonu ərazisində itkin düşən, İTV-nin əməkdaşı olan Rəşad Əliyevin axtarışları davam etdirilir.
AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rəşad Əliyevin həyat yoldaşı İlahə Əliyeva məlumat verərək deyib ki, hazırda faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində axtarışlar davam etdirilir.
R.Əliyevin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən bildirilib ki, E.Əliyev yanvarın 26-dan axtarışa verilib:
"Hələlik axtarışlar heç bir nəticə verməyib. Yaxınları və tanışlarının ifadəsi alınıb. İfadələr əsasında paytaxtdakı bütün məscidlərdə axtarışlar aparılıb. Məscidlərdə axtarışların apaılmasına səbəb isə R.Əliyevin namaz qılan olması və tez-tez məscidlərə getməsi olub. Yaxınlarının ifadəsində göstərilib ki, Rəşad Əliyev tez-tez məscidlərə gedirmiş".
Xatırladaq ki, R.Əliyev Azərbaycanın tanınmış rejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur. R.Əliyev İTV-nın quruluşçu rejissor işləyir.