IV Avropa Film Festivalı Park Cinema-da keçiriləcək

IV Avropa Film Festivalı Park Cinema-da keçiriləcək
İQTİSADİYYAT
20:30 25.10.2013
2296

30 oktyabr 2013-cü ildə Park Cinema kinoteatrlar şəbəkəsi, Avropa İttifaqı Nümayəndəliyi (Aİ) və Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş Səfirlikləri mədəniyyət və beynəlxalq münasibətlərin inkişafı sahəsində növbəti möhtəşəm layihəyə start verəcəklər. Festival zamanı Aİ-na üzv olan 17 ölkədən və Azərbaycandan filmlər nümayiş etdiriləcək, nümayiş etdirilən filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaqdır.

2013-cü ilin Avropa Film Festivalının proqramına 17 Avropa filmi (Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və bir Azərbaycan filminin nümayişi daxildir. Qeyd edək ki, Estoniya, Finlandiya və Xorvatiya Festivalda ilk dəfə iştirak edəcəklər.

Festivalın açılışı "Antibə bir tərəfə bilet" İsveç filminin nümayişi ilə baş tutaçaq və bu filmin rejissoru Riçart Hobert filmi şəxsən təqdim etmək üçün 30 oktyabr tarixində Bakıya gələcəkdir. Festivalın digər fəxri qonaqları Böyük Britaniyadan ssenarist Pol Freyzer, "Atəşli ürək. Tadas Blinda haqqında əfsanə" Litva filminin operatoru Ramunas Qreysius, Vyanada eyni adlı "Üçüncü Adam" Muzeynin Direktoru Jerar Ştrassqşvantner, "Xəyalların komandası 1935" Latviya filminin prodüseri Liqa Pipare və administratoru Diana Stepan və digərləri olacaqdır. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcəkdir.

Festivalın Bakıda 3 kinoteatrda keçirilməsi daha bir yenilikdir: filmlər Park Cinema (Park Bulvar), Park Cinema (Metro Park) və Nizami Kino Mərkəzində nümayış olunacaqdır.

Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiya ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş ödənişsiz olacaqdır. Biletlər Park Cinema şəbəkəsinin kassalarından əldə oluna bilər.

Avropa Film Festivalı və filmlərin cədvəli haqqında əlavə məlumat üçün www.parkcinema, www.facebook.com/ParkCinemavə yawww.eeas.europa.eu/delegations/azerbaijan səhifələrinə daxil olun.

Xatırladaq ki, Avropa Film Festivalı artıq üçüncü dəfədir ki, Park Cinema-da həyata keçirilir.

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən https://www.facebook.com/ParkCinema əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”