İxtisas seçimini son saatlara saxlayan abituriyentlərə XƏBƏRDARLIQ - Bunu etməsəniz....

İxtisas seçimini son saatlara saxlayan abituriyentlərə XƏBƏRDARLIQ - Bunu etməsəniz....
SOSİAL
12:48 19.08.2026
224

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.

Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları "Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək təsdiqləməlidirlər.

İllər üzrə müşahidələr göstərir ki, bir çox abituriyent ixtisas seçimini son günə saxlayır. Bəziləri isə seçimlərini ilk günlərdən müəyyənləşdirərək ərizələrini təsdiqləyirlər.

Maraqlıdır, ixtisas seçiminin ilk günlərdə və ya son saatlarda edilməsi abituriyentin ali məktəbə qəbul şansına təsir göstərirmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ixtisas seçiminin hansı gün edilməsi qəbul şansına təsir göstərmir.

 

"Ali təhsil müəssisələrinə qəbul üçün müəyyən edilmiş müddətin son günüdür. Təəssüf ki, müddət başlayan kimi bəzi abituriyentlər seçimlərini etmək üçün tələsirlər. Amma ixtisas seçiminin birinci gün, bir neçə gün sonra və ya sonuncu gün, hətta son saatda edilməsi qəbul prosesinə heç bir təsir göstərmir.

Abituriyentin qəbul olub-olmaması onun topladığı bala, müəyyən edilmiş ixtisas qruplarına və seçdiyi ixtisaslara uyğun olaraq formalaşır. Buna görə də seçim prosesinin son günə saxlanılması və ya ilk günlərdə edilməsi abituriyentlər arasında narahatlıq və gərginlik yaratmamalıdır”, – deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, ixtisas seçimi zamanı abituriyentlərə daha çox sərbəstlik verilməsi vacibdir.

"Bu mərhələdə abituriyentlərə müəyyən qədər azadlıq verilməsi arzuolunandır. Onları valideynlərin, dostların, tanışların və digər şəxslərin təzyiqindən mümkün qədər uzaq tutmaq lazımdır ki, öz seçimlərini sərbəst şəkildə edə bilsinlər”, – deyə M.Məmmədli vurğulayıb.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR