İzmirdə bağ evindən tapılan şir balası qoruma altına alındı - VİDEO

İzmirdə bağ evindən tapılan şir balası qoruma altına alındı - VİDEO
DÜNYA
12:41 18.03.2025
179
İzmirin Torbalı rayonunda təhlükəsizlik qüvvələri tərəfindən fermaya edilən basqın zamanı şir balası ələ keçirilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, şir balası İzmir Böyükşəhər Bələdiyyəsinin Vəhşi Təbiət Parkına təhvil verilib.
 
Cəmi 10 aylıq olduğu təxmin edilən və uyğun olmayan şəraitdə yalnız pişik yemi ilə qidalandığı təsbit edilən şir balası təcili olaraq müayinəyə aparılıb.

Onun bir müddət baytar nəzarəti altında saxlanılacağı bildirilib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR