JEM-dən jurnalistlərə təklif - “Düşmən mətbuatına istinad etməyək”

JEM-dən jurnalistlərə təklif - “Düşmən mətbuatına istinad etməyək”
MEDİA
15:11 10.07.2014
993

“Hər gün Azərbaycan mətbuatı erməni mətbuatının bir neçə xəbərinə istinad edir. Unuduruq ki, müharibə hələ bitməyib və paralel olaraq informasiya müharibəsi davam edir”. 

Bu fikirləri Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu mərkəzin yaydığı bəyanatında səsləndirib. Bəyanatda deyilir ki, işğaldakı torpaqılarımız da düşmənin yaydığı informasiyanın qurbanı oldu: “Rayonlar boşaldılandan 3 gün sonra düşmən ora girdi. Əvvəlcə dezinformasiya yaydılar ki, bəs ermənilər kəndləri yandıra-yandıra gəlir. Bizimkilər də o dezinformasiyanın tirajlanmsında rol oynadılar. Nəticədə torpaqlarımızı itirdik”.

C. Musaoğlu bu gün erməni mətbuatına istinadən Azərbaycan saytlarında yayılan bir dezinformasiyaya diqqət çəkir: “Yazırıq ki, "Aysor.am" agentliyi Azərbaycanın diversiya kəşfiyyat qrupunun Kəlbəcər istiqamətində təmas xəttini keçdiyi haqqda məlumat yayıb. Təsəvvür edin ki, bu xəbər düşmən tərəfinin məhsuludu. Deməli, mütləq hansısa məqsədi var. Ola bilsin Ermənistanın daxilinə hesablanmış məqsəddi. Niyə axı biz Ermənistanın daxilində hansısa qrupların oyunlarında alət olmalıyıq? Yaxud düşmən istəyir ki, bizdən sülh əleyhinə olan dövlət obrazı yaratsın. Giya biz partizan müharibəsinə başlamışıq. Onların snayperləri dinc vətəndaşlarımızı öldürür. Biz bu faktın mötəbər beynəlxalq təşkilatlarda tanınmasına çalışırıq. Budur məlum olur ki, “biz onları öldürürük”, hətta “üzərlərinə gizlicə hücuma keçirik”. Üçüncüsü, bu dezinformasiyaya Azərbaycan Müdafiə Nazirliyinin reaksiyasını öyrənirlər.

Azərbaycan Müdafiə Nazirliyi reaksiya verir. Deyir ki, xəbər kökündən yalandı: “Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimlərdən xeyli qorxuya düşüb. Məhz buna görə onlar bu tip informasiyaları daxili auditoriyaya ünvanlayırlar. Bir daha qeyd edirik ki, yayılan bu məlumat təxribat xarakteri daşıyır”. Və bizim Müdafi Nazirliyi daha sonar bəyan edir ki, məlum məlumatı erməni rəsmiləri təkzib edib. Absurda baxın, düşmən öz xəbərini təkzib edir, biz isə onu düzgün informasiya kimi yayırıq”.

OXŞAR XƏBƏRLƏR