Jurnalist Bakıdakı "erməni kilsəsi" nin açılmasını təklif etdi

Jurnalist Bakıdakı "erməni kilsəsi" nin açılmasını təklif etdi
SOSİAL
19:49 28.04.2019
12529
AZXEBER.COM xəbər verir ki, azərbaycanlı jurnalist Günay Arda Bakıda yerləşən erməni kilsəsinin bağlı qalmasına etiraz edib. O, şəxsi feysbuk səhifəsində bununla bağlı paylaşım edib. Həmin statusu olduğu kimi təqdim edirik:

1869-cu ildə eston memar Otto Gippusun rəhbərliyi altnda , Bakının tən ortasında kilsənin tikintisi başa çatdı. 1888-cü ildə kilsənin zəng qülləsi tikildi.

Çox qısa vaxtdan sonra (1903,12 iyun) Qafqazın mülki işlər üzrə baş rəisi Q.Qolitsının vəsatəti əsasında kilsənin mülkiyyəti Rusiyanın Torpaq və Əmlak Nazirliyinin idarəetməsinə keçməsinə dair imperator qanun imzaladı. Bu da o demək idi ki, mülkiyyəti Çar Rusiyasında hər hansı bir nazirliyin ixtiyarına keçən kilsə avtomatik ortodoks idarəetməsinə keçirdi. Çar Rusiyasında PROVASLAVLIQ VƏ QEYRİLƏRİ anlayışı var idi. Qısaca, Bakının mərkəzində Müqəddəs Qriqori adı ilə tikilən kilsənin erməniliyə, qriqorianlığa yaxından-uzaqdan heç bir dəxli yox idi.

Kilsənin tarixçəsi erməni xəyanətinin əbədiliyinin əyani sübutudur. Necə oldu ki, Qolistın belə bir vəsatət qaldırmağa məcbur oldu? Çünki bura heç vaxt dini məbəd kimi fəaliyyət göstərməmişdi. Ermənilər kilsəni siyasi mərkəzə çevirmişdi. Kilsədə antirus təbliğatı aparır, Daşnaksütun ideyalarını inkişaf etdirirdilər. Çar Rusiyasına qarşı inqilabi hərəkatın formalaşması üçün burada pullar toplanırdı. Bu işi isə üzərinə götürən adam erməni katalikosu idi.

Dəyişilməz fakt odur ki, kilsə 1903 –cü il , 12 iyunda provaslav-ortodoks idatəetməsinə keçib. Erməni Daşnaksutyun Terror Qruplaşması üçün pul toplayan obyekt olmaqdan çıxıb.

Mülkiyyətini itirmiş kilsə isə idarəetməsini, hər şeyini itirmiş olur. Kilsə hazırda Prezident Kitabxanasının nəznindədir, qiymətli arxiv materialları ilə zəngindir. Bu kilsəniin muzey kimi Azərbaycan vətəndaşlarının ixtiyarına verilməsi vacibdir. Kilsə- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi "Azərbaycan tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib. Bir sözlə , bu kilsənin bizim üçün digər tarixi abidələrimizdən fərqi yoxdur.
Bakıya gələn provokatorlara imkan yaratmamalıyıq. Tarix hamıya açıq olmalıdır. 
Turistlər bu kilsənin vasitəsilə, muzey formatında ermənilərin Bakıdakı xəyanət planlarından xəbərdar olmalıdır.
Bura simvolik yer olmalıdır. Erməni cinayətlərinə aid stendlər, filmlər burda baxışa çıxarılmalıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı
16:03 14.07.2026
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı