Jurnalist Elnur Şükürov həbs edilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elnur Şükürov 2022-ci ildə həbs olunmuş, Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan Ali Məhkəmə onun cəzasını 3 ilə endirmişdi. Şükürov 2025-ci ilin sentyabrında azadlığa buraxılmışdı.











































