Jurnalist rektoru yenidən məhkəməyə verdi

Jurnalist rektoru yenidən məhkəməyə verdi
Bütün Xəbərlər
02:45 20.10.2011
1809
Elmin Bədəlov: “Təhsil hüququmun əlimdən alınması Avropa Məhkəməsində də araşdırılır”Tələbə-jurnalist Elmin Bədəlov Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayevi yenidən məhkəməyə verib. Bu barədə E.Bədəlov özü deyib: “2010-cu ilin yanvarında Siyavuş Qarayev qanunsuz əmr imzalayaraq məni Neft Akademiyasının tələbələr sırasından xaric etdi. Bu ilin sentyabr ayında qanunla nəzərdə tutulmuş formada xaric olduğum ali məktəbə bərpa olunmaq hüququmun olduğunu nəzərə alıb yenidən rektora ərizə ilə müraciət etdim. Lakin rektor Siyavuş Qarayev ikinci dəfə məni Neft Akademiyasına bərpa etməkdən imtina etdi. Təhsil hüququmun pozulduğunu nəzərə alaraq ADNA rektoru Siyavuş Qarayevi yenidən məhkəməyə verdim”.
OXŞAR XƏBƏRLƏR