Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlandı

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlandı
MEDIA
15:39 07.08.2023
204
Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır stabil olaraq qalır.

AZXEBER.COM xəbər verir ki, bu gün APA Media Groupun rəhbərliyi jurnalistin müalicə aldığı Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə görüşüb.

Bildirilib ki, reanimasiyada müalicəsi davam etdirilən jurnalist hələ də komatoz vəziyyətdədir və kənar təsirlərə reaksiya vermir. Xəstənin komatoz vəziyyətdən çıxması üçün lazım olan bütün zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan Səbuhi Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti sonradan ağırlaşıb. Dərhal reanimasiyaya yerləşdirilən jurnalistin durumu ağır qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR