Jurnalist Səhiyyə Nazirini Avropa məhkəməsinə verir

Jurnalist Səhiyyə Nazirini Avropa məhkəməsinə verir
MEDİA
11:15 07.03.2012
1596

Səhiyyə nazirliyinin Qəbələ RLS-in fəaliyyətinin ətraf mühitə və insanların sağlamlığına mənfi təsirinə dair monitorinq nəticələrini gizlətməsi işinə Avropa məhkəməsi baxmalı olacaq.

AZXEBER.COM-a göndərilən məktubda, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli nazirlikdən Qəbələ RLS-in ətraf mühit və insan sağlamlığına təsirini öyrənmək üçün 2003-cü ildə yaradılmış dövlət komissiyasının hesabatını istəyib. Nazirliyin Qəbələ RLS-in zərərli təsirlərinə dair komissiyanın hesabatını hələ də açıqlamadağı vurğulanıb. 2010-cu ilin avqustunda nazirlik jurnalistə RLS-in ətraf mühitə təsiri barədə hesabatı verməkdən imtina edib, səbəb kimi sənədin Nazirlər Kabinetinə göndərdiyini göstərib.ÿ Jurnalist hesabatın bir nüsxə olmadığını, ən azı bir nüsxənin nazirlikdə qaldığını əsas tutaraq məhkəmələrə müraciət edib. Nəsimi, Bakı Apelyasiya məhkəmələri, Ali Məhkəmə nazirliyin xeyrinə qərar çıxarıb. Jurnalistin sorğusuna Nazirlər Kabineti də cavabdan boyun qaçırıb. Indi bu iş Bakı 1 saylı Inzibati-Iqtisad məhkəməsinin baxışındadır. Məhkəmə çəkişmələrində jurnalistə hüquqi dəstəyi Media Hüququ Institutu verir.

OXŞAR XƏBƏRLƏR