Jurnalistlərin Həmkarlar İttifaqı Mingəçevir şəhərində media və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib

Jurnalistlərin Həmkarlar İttifaqı Mingəçevir şəhərində media və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib
MEDİA
16:15 31.07.2013
1752

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iyulun 30-da Mingəçevir şəhərində “Modern ailə prinsiplərinin regional media müstəvisində təbliğinə yardım” mövzusunda dəyirmi masa keçirib. 

“Mingəçevir işıqları” qəzetinin konfrans zalında keçirilən tədbirə bölgədə fəaliyyət göstərən yerlimedia əməkdaşları, həmçinin, paytaxtda fəaliyyət göstərən KİV-lərin yerli nümayəndələri, yerli QHT-lərin vəictimaiyyətin nümayəndələri qatılıblar.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ölkənin regionlarında ailə institutunun sağlam dəyərlər üzərində modernləşməsinə yardım etməkdən və bu işdə yerli KİV-lərin rolunun artırılmasından ibarətdir: “Dəyirmi masada bölgədə fəaliyyət göstərən KİV-lərin ailə-məişət və yetkinlik yaşına çatmayanlar mövzusunda materiallar yaymaq işinin təkmilləşdirilməsinə yardım göstərilməsi müzakirə olunub. Biz yerli ictimaiyyət nümayəndələri ilə media təmsilçilərini bir araya gətirib sağlam müzakirələr keçirə bildik. Ailələrlə KİV redaksiyaları arasında təmasların intensivləşməsi, KİV redaksiyalarında isə ailə münasibətlərinə həssas yanaşmaq vərdişlərinin yaranması bölgədə ailə münasibətlərinin sağlam müstəvidə inkişafına mühüm töhfə verəcək”.

JuHİ sədri bildirib ki, təşkilat Mingəçevir şəhərindən öncə digər region və rayonlarda da bənzər tədbirlər keçirib. Bu il, xüsusi olaraq Tərtər rayonunda Qərb bölgəsi jurnalistləri və Xaçmaz şəhərində Şimal bölgəsində fəaliyyət göstərən jurnalistlər üçün keçirilən tədbirlər uğurlu olub.

Məlumat üçün qeyd edək ki, Mingəçevirdə keçirilən tədbir JuHİ-ninAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Modern ailə prinsiplərinin regional media müstəvisində təbliğinə yardım” layihəsi çərçivəsində baş tutub.

OXŞAR XƏBƏRLƏR