Jurnalistlərin Həmkarlar İttifaqı Tərtərdə media və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib

Jurnalistlərin Həmkarlar İttifaqı Tərtərdə media və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib
MEDİA
17:45 20.06.2013
1344

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iyunun 19-da Tərtər şəhərində “Modern ailə prinsiplərinin regional media müstəvisində təbliğinə yardım” mövzusunda dəyirmi masa keçirib. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsis etdiyi Peşə Təlim Mərkəzində keçirilən tədbirə cəbhə bölgəsində fəaliyyət göstərən yerlimedia əməkdaşları, həmçinin, paytaxtda fəaliyyət göstərən KİV-lərin Qarabağ bölgəsi üzrə akreditasiya olunmuş nümayəndələri, yerli QHT-lərin vəictimaiyyətin nümayəndələri qatılıblar.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ölkənin regionlarında ailə institutunun sağlam dəyərlər üzərində modernləşməsinə yardım etməkdən və bu işdə yerli KİV-lərin rolunun artırılmasından ibarətdir: “Dəyirmi masada bölgədə fəaliyyət göstərən KİV-lərin ailə-məişət və yetkinlik yaşına çatmayanlar mövzusunda materiallar yaymaq işinin təkmilləşdirilməsinə yardım göstərilməsi müzakirə olunub. Biz yerli ictimaiyyət nümayəndələri ilə media təmsilçilərini bir araya gətirib sağlam müzakirələr keçirə bildik. Ailələrlə KİV redaksiyaları arasında təmasların intensivləşməsi, KİV redaksiyalarında isə ailə münasibətlərinə həssas yanaşmaq vərdişlərinin yaranması bölgədə ailə münasibətlərinin sağlam müstəvidə inkişafına mühüm töhfə verəcək”.

JuHİ sədri bildirib ki, təşkilat Tərtər şəhərindən öncə digər region və rayonlarda da bənzər tədbirlər keçirib və bu yöndə fəaliyyət davam etdiriləcək.Növbəti mərhələdə bənzər tədbirlər Şimal bölgəsinə daxil olan rayonlarda gerçəkləşdiriləcək.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən tədbirə Şuranın koordinatoru Nigar Ağakişiyeva,Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də qatılaraq tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlanıb
12:12 27.06.2025
Sabahın hava proqnozu açıqlanıb
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs  - VİDEO
11:54 27.06.2025
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs - VİDEO
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
11:47 27.06.2025
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
Öykü Gürman “Gassal”da
11:45 27.06.2025
Öykü Gürman “Gassal”da
Çin və ABŞ arasında razılıq əldə olunub
11:39 27.06.2025
Çin və ABŞ arasında razılıq əldə olunub
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
11:38 27.06.2025
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:36 27.06.2025
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
11:32 27.06.2025
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
11:31 27.06.2025
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
11:28 27.06.2025
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:27 27.06.2025
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
Marsda yaşayış məkanı aşkarlandı
11:23 27.06.2025
Marsda yaşayış məkanı aşkarlandı
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
11:17 27.06.2025
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb