Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür
Bu gün çex jurnalisti Yuliuse Fuçikenin 1943-cü ildə hitlerçilər tərəfindən qətlə yetirilməsinin xatirəsinə təsis olunub.
Bu gün - 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür. Bayram 1958-ci ilin mayında Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində qəbul edilən qərara əsasən keçirilir. Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü çex jurnalisti Yuliuse Fuçikenin 8 sentyabr 1943-cü ildə hitlerçilər tərəfindən qətlə yetirilməsinin xatirəsinə təsis olunub.