Jurnalistlərin müəllimi və dostu Cahangir Məmmədli yubileyini qeyd edir

Jurnalistlərin müəllimi və dostu Cahangir Məmmədli yubileyini qeyd edir
MEDIA
15:18 26.01.2017
1271
Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, Prezident təqaüdçüsü, professor Cahangir Məmmədlinin nurani çöhrəsi gözümüz önündə canlananda qəlbimizə işıq düşür. Çünki o, həqiqi mənada söz adamıdır. Sözdə isə işıq var. Bəlkə də, hörmətli alimi bütün söz adamlarına sevdirən onun bu cəhətidir.
 
Kimdir Cahangir Məmmədli?
 
Hər şeydən əvvəl səbir və təmkin yolçusu, sadə və xeyirxah insan, mahir pedaqoq, zəhmətkeş alim. Mənalı ömrünün yarıdan çoxunu jurnalistikaya həsr edən fədakar insan. Cahangir Məmmədlinin adını eşidəndə göz önündə gözəl ziyalının, Azərbaycan jurnalistlərinin böyük bir nəslinin yetişməsində xidmətləri olan layiqli müəllimin obrazı canlanır. Bu nəcib keyfiyyətlər onun portretini tamamlayan əsas ştrixlərdir. Bu gün Cahangir Məmmədlinin 75 yaşı tamam olur. O, 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz açıb. 1968-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib və burada müəllimlik fəaliyyətinə başlayıb. Yarım əsrə yaxın pedaqoji fəaliyyəti dövründə baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb, jurnalistikanın elmi-nəzəri problemləri ilə bağlı 500-dən çox elmi-publisistik məqaləsi dərc olunub. Ədəbi tənqidə və jurnalistika məsələlərinə dair bir neçə kitabın müəllifidir.
 
2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi” nominasiyasının qalibi olub. Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. C.Məmmədli 2003-2005-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. Hollandiyada, Türkiyədə, Rusiyada beynəlxalq seminar, simpozium və konfranslarda, eləcə də Avropa Şurasının layihəsi ilə İctimai Televiziya və Radio Yayımları haqqında Qanunun hazırlanmasında iştirak edib. Onun görkəmli yazıçı və pedaqoq Mir Cəlal Paşayev haqqında yazdığı "Böyük alim, böyük müəllim”, "Fəlsəfi publisistika: bu zamanın və bu məkanın tələbi”, "Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri”, "Vətənə sevginin ölçüsüzlük ölçüsü”, "Zaman sərhədini aşan klassik publisistika”, "Jurnalist yaradıcılığının bəzi peşəkarlıq məqamları” kimi məqalələri bu gün də aktuallığını itirməyib. Alimin müasir jurnalistika və jurnalistikanın nəzəriyyəsinə dair dərslikləri tələbələrlə yanaşı, gənc qələm adamları üçün də dəyərli mənbədir. Bəlkə də bu xırda avtobioqrafik cizgilər şablon görünə bilər. Ancaq Cahangir Məmmədlinin ömür yolu şablonçuluqdan çox uzaqdır. O, həyatda çətinliklərlə üzləşsə də, iş prosesində müxtəlif əqidəli və xarakterli insanlarla qarşılaşsa da heç vaxt təmkinini itirməyib, mövqeyini dəyişməyib. Tələbələri, iş yoldaşları ona ürək qızdırır, çətinə düşəndə məsləhət alırlar. Cahangir müəllimi yaxından tanıyanlar, onunla birgə çalışan həmkarları söhbət düşəndə onu təbiətən xeyirxah, nəcib və əsl el adamı kimi xarakterizə edirlər.
 
Məhz bu keyfiyyətlərinə görə Cahangir Məmmədli hələ cavan yaşlarından ağsaqqallıq məqamına yetişib. Cahangir müəllim bu gün Azərbaycan mətbuatında çalışan yetirmələri ilə daim ünsiyyət saxlayır, onların uğurlarına sevinir, yeri gələndə məsləhət və köməyini əsirgəmir. Odur ki, onu sevir və hörmət edirlər. Elçin Kamal yazıçı-jurnalist
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü