Kallasdan Trampın açıqlamasına sərt reaksiya

Kallasdan Trampın açıqlamasına sərt reaksiya
DÜNYA
23:49 06.11.2026
61
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Avropanın təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı Rusiya və ABŞ ilə ayrıca danışıqlar aparılmasına ehtiyac olmadığını bildirib.

Kallas bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski və Ukraynanın xarici işlər naziri Andrey Sıbiha ilə Varşavada keçirdiyi birgə mətbuat konfransında danışıb.

O vurğulayıb ki, Avropanın təhlükəsizlik arxitekturası artıq formalaşıb və bu sistemdə NATO ilə Avropa İttifaqı öz funksiyalarını yerinə yetirir.

"Əsas bir məqamı vurğulamaq istəyirəm. Avropanın təhlükəsizlik arxitekturası artıq mövcuddur. NATO və Avropa İttifaqının hər birinin öz vəzifələri var”, – deyə Kallas bildirib.

Aİ diplomatiyasının rəhbəri, həmçinin Ukraynadakı müharibənin başa çatdırılmasına yönəlmiş istənilən danışıqlarda Avropa İttifaqının iştirakının vacibliyini qeyd edib. Onun fikrincə, Avropanın təhlükəsizliyinə təsir edən qərarlar Avropanın iştirakı olmadan qəbul edilməməlidir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Avropanın təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı Rusiya danışıqlar aparılmasının vacibliyini vurğulamışdı.
 
///modern.az
OXŞAR XƏBƏRLƏR