Kamil Zeynallı təhqir etdiyi xanımdan üzr istəyəcək - Jurnalist məhkəmədə qalib gəldi

Kamil Zeynallı təhqir etdiyi xanımdan üzr istəyəcək - Jurnalist məhkəmədə qalib gəldi
MAQAZİN
13:57 17.03.2017
15932

İdmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayeva arasındakı məhkəmə prosesi başa çatıb.
 
AZXEBER.COM-un məlumatına görə, Ə.Ağayevanın qarşı tərəflə bağlı tələbi qismən təmin olunub. 

Belə ki, K.Zeynallı jurnalistin ünvanına yazdığı təhqirlərə görə İnstaqram səhifəsində, müsahibələrdə üzr istəyəcək. 

Ə.Ağayeva bildirib ki, hələ də qərarla tam razılaşmır:

"Demişdim, Kamil Zeynallı, sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm, yenidən Appelasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim Kamil Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər? Yalan yazı yazanda. Şəbnəm xanım etiraf edib və səs yazısı da var. Orada deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin"

Məsələ ilə bağlı hüquqşünas Vüqar Səfərli də məlumat verib:

"Bu gün Bakı şəhəri Xətai rayon mehkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə məhkəmə prosesi baş tutdu. Məhkəmədə Əfruzə Ağayevanın Kamil Zeynallıya qarşı "Şərəf və ləyaqəti, isgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" iddiasına baxıldı. Məhkəmə Əfruzə xanımın iddia tələbini qismən təmin etdi. Kamil Zeynallı jurnalistdən dediyi söyüşlərə görə üzr istəyəcək. Əfruzə Ağayevanın iddia tələbinin qalan hissəsində, yəni 50.000 manat dəymiş mənəvi zərərin ödənilməsi prosesi rədd edilib. Eyni zamanda Kamil Zeynallının tələb etdiyi Əfruzə Ağayevanın aparıcı Şəbnəm Hüseynovanın "Kamilin mənə söydüyü söyüşlər onun nəslindəki xanımlara getsin" başlıqlı xəbərini təkzib olunması iddiası təmin edilib. Kamil Zeynallının jurnalistdən 100 min manat tələb etməsi iddiası da rədd edilib".

K.Zeynallı məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini yazıb:

"Bu gün mənə qarşı açılan məhkəmə yekunlaşdı, qərar verildi: Kamil Zeynallı heç bir təzminat ödəməyəck. Qarşı tərəf Kamil Zeynallıdan üzr istəyəcək, Kamildə qarşı tərəfdən... Hara kimi lazımdırsa, gedəcəm... 50 min, yox bir 50 qəpik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub