Kamran Əliyev 4 prokurorluq əməkdaşına rütbə nişanlarını təqdim etdi

Kamran Əliyev 4 prokurorluq əməkdaşına rütbə nişanlarını təqdim etdi
SOSİAL
11:51 28.09.2026
206
1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ali xüsusi rütbələr verilmiş Sənan İsa oğlu Paşayevə, Emin Ramiz oğlu Mürsəliyevə, Asəf Vaqif oğlu Sarıkişiyevə və Nihad Ənvər oğlu Şıxəliyevə rütbə nişanları Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri, Emin Mürsəliyev və Asəf Sarıkişiyevə III dərəcəli dövlət ədliyyə müşaviri, Nihad Şıxəliyevə isə "ədliyyə general-mayoru” ali xüsusi rütbəsi verilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR