Kanadanın Ottava şəhərində Azərbaycan kino gecəsi keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Fərid Şəfiyev ölkəmizin kino tarixi ilə bağlı məlumat verib və hal-hazırda ölkədə hökumət tərəfindən kinematoqrafiya sahəsinə qayğı göstərildiyini xüsusilə qeyd edib.Çıxışdan sonra 2010-cu ildə ekranlaşdırılmış və Samir Kərimoğlunun rejissoru olduğu “Niyyət” filmi nümayiş olunub.Tədbirdə Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.