Kapital Bank-dan NFC rekordu: 1 milyon istifadəçi...

Kapital Bank-dan NFC rekordu: 1 milyon istifadəçi...
İQTİSADİYYAT
10:55 22.04.2026
1256
"1 milyondan çox Kapital Bank müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir"
 
AZXEBER.COM xəbər verir ki, bu haqda Kapital Bank-ın rəsmisi Cavid Mirzəyev mətbuat konfransında səsləndirib.
 
O qeyd edib ki, bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və Bakı Kart-la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda  ödənişlərin rəqəmsallaşmasını təmin edib:
 
"Xüsusən qeyd edim ki, bu yenilik  təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır.
Rəqəmlərlə danışsaq müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55%-ini təşkil edir".
OXŞAR XƏBƏRLƏR