‘Kapital Bank’ın filial müdirinin həbsi ilə bağlı məlumatlar təkzib edildi

KRİMİNAL
11:29 04.03.2014
1502

Baş Prokurorluq “Kapital Bank”ın filial müdirinin həbsi barədə yayılan məlumatları təkzib edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, “Kapital Bank”ın Abşeron filialının rəhbəri Elvin Rüstəmovun Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu gün bəzi KİV-də “Kapital Bank” Abşeron filialında yoxlamaların aparıldığı və filialın rəhbəri Elvin Rüstəmovun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR