Karantin rejimini pozdu, üzərindən narkotik çıxdı - Foto

KRİMİNAL
14:09 09.04.2020
1546
Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, Zaqatala şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən Emil Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı E.Cavadzadədən 1 ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

 


OXŞAR XƏBƏRLƏR