Karantini pozan sürücü və sərnişinlər həbs ediləcək - DYP

SOSİAL
22:57 25.03.2020
3088
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən AZXEBER.COM-a verilən məlumata görə, ölkədə karantin rejimi elan olunmasının ikinci günü olmasına baxmayaraq, təəssüflər olsun ki, respublikanın avtomobil yollarında, xüsusilə də cənub istiqamətində nəqliyyatın hərəkət intensivliyinin hələ də yüksək olması, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan şəxslərin idarə etdiyi 2000-dək, rayonlardan isə paytaxt istiqamətinə gələn 1200-dək minik avtomobilinin geri qaytarılması faktı bəzi vətəndaşların tətbiq edilmiş karantin rejiminin ciddiliyini nəzər almamalarını göstərir.

Həmin sürücü və sərnişinlərlə profilaktiki söhbət aparılsa da, geri qaytarılmış şəxslər postlardan təkrar keçməyə cəhd göstərir, əsassız bəhanələr gətirməklə postlarda sıxlıq yaranmasına səbəb olur, keçidinə icazə verilmiş digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırlar.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən infeksiyanın yayılma ehtimalının minimuma endirilməsi məqsədilə ölkə vətəndaşlarının qeydiyyat yerindən asılı olmayaraq evdə qalmaları tövsiyə olunsa da Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatı olmayan şəxslərin uzun məsafə qət edərək həmin ərazilərə daxil olmaq niyyəti ilə paytaxt istiqamətinə gəlmələri, habelə həmin rayon və şəhər sakinlərinin də rayonlara getmək istəyi yalnız onların özlərinin və sərnişinlərinin əziyyət çəkməsi, lüzumsuz vəsait xərclənməsi və geriyə qayıtmaq məcburiyyətində qalmaları ilə nəticələnir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarından xahiş edir ki, istər paytaxt, istərsə də rayon istiqamətinə getmək istəyən şəxslər qəbul olunmuş qaydalara riayət etsinlər. Əks təqdirdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:16 14.07.2020

Şəhid mayor Namiq Əhmədov dəfn olundu

16:59 14.07.2020

Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri belə saxladı - ANBAAN VİDEO

16:58 14.07.2020

"Qarabağı ermənilərdən almanın zamanı gəlib" – Türkiyədən Azərbaycana daha bir dəstək

16:55 14.07.2020

"Semaşko"nun direktoru işdən çıxdı - YENİ TƏYİNAT

16:44 14.07.2020

Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi

16:38 14.07.2020

Ombudsman Səbinə Əliyeva Tovuzun Ağdam kəndinə getdi

16:38 14.07.2020

Ukrayna səfiri Kiyevin Azərbaycanı dəstəkləyən bəyanatından sonra Ermənistan XİN-ə çağırılıb

16:31 14.07.2020

Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək

16:25 14.07.2020

Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

16:20 14.07.2020

Ermənistan Qazax rayonunun Xanlıqlar kəndini artilleriyadan atəşə tutub

16:17 14.07.2020

Atasına yas mərasimi keçirən oğul cərimələndi

16:07 14.07.2020

"Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib" - Müdafiə Nazirliyi

15:55 14.07.2020

Baş Prokurorluq: Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlanılıb

15:54 14.07.2020

"Düşmən ordusuna layiqli cavab verildi" - Millət vəkili

15:41 14.07.2020

Azərbaycan mayor şəhidini qarşılayır - VİDEO

15:37 14.07.2020

Şəhid mayor Novruzov - Foto