Karen Şahnazarov: “Revanş haqda xəyallar boş məşğuliyyətdən başqa bir şey deyil”

Karen Şahnazarov: “Revanş haqda xəyallar boş məşğuliyyətdən başqa bir şey deyil”
SİYASƏT
17:07 10.03.2021
827
Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli razılaşma icra olunur, müharibə yoxdur və bu artıq müsbət haldır.

Bu sözləri məşhur rusiyalı kinorejissor, "Mosfilm” konserninin idarə heyətinin sədri, ictimai xadim Karen Şahnazarov Caliber.Az-a verdiyi müsahibədə deyib.

"Tez-tez ola bilir ki, hətta atəşkəs elan olunandan sonra da, silahlar işə düşür, gərginlik yaşanır. Ancaq burada (Ermənistan-Azərbaycan münaqişəsi zonasında - red.) biz bunu görmürük. Hər şeyin yaxşı getdiyini hiss etmək olur”, - deyə müsahibimiz bildirdi.

- İqtisadi əməkdaşlıq, habelə kommunikasiyaların açılması hər zaman müsbət haldır, xüsusən Cənubi Qafqaz bölgəsində...

- Mən həmişə bu barədə danışmışam. Əgər Azərbaycan və Ermənistan iqtisadi sahədə əməkdaşlıq etsələr, gec-tez, ehtimal ki, bu tez baş verəcək, ortaq dil tapacaqlar. Birgə yaşayış üçün başqa yol sadəcə yoxdur. Revanş haqda xəyallar isə boş məşğuliyyətdən başqa bir şey deyil.

- Əməkdaşlıq və kommunikasiyaların açılması mövzusunu davam etdirsək... Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılır. Ona nəzarəti və təhlükəsizliyi Rusiya tərəfi təmin edəcək. Bu, erməni cəmiyyətinin revanş götürməyə meyilli hissəsini narahat edir.

- Erməni xalqı müharibədəki məğlubiyyəti ağrılı qəbul etdi, bu başa düşüləndir. Ancaq bu mərhələdən keçmək lazımdır.

- Rusiya Ermənistanla düşmənçilik etmir, deyil mi?

- Mən fikrimi davam edim. Cəmiyyətin bir hissəsinin revanşist əhval-ruhiyyədə olduğu aydındır: "gəlin gücümüzü toplayaq və yeni bir müharibəyə başlayaq”. Məncə, bu tamamilə yalnış bir yoldur. Ancaq mənə elə gəlir ki, ermənilərin əksəriyyəti buna meyilli deyillər.

Əməkdaşlıq üçün fürsət tapmaq lazımdır. Və indi, bu mərhələdə Rusiyanın nəzarətinin (Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizi üzərində - red.) ən yaxşı variant olduğu göz qabağındadır. Bir qədər vaxt keçəndən sonra Rusiyanın nəzarəti ilə bağlı vəziyyəti dəyişdirmək mümkün olacaq.

Bütovlükdə, mən hesab edirəm ki, bu razılaşmanın imzalanması Azərbaycan Prezidenti İlham Əliyevin böyük nailiyyətidir. Axı Bakının əlində "kartları” çox idi, amma ən müdrik və ən doğru seçim edildi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır