Kəbəyə kanat çəkilir

DÜNYA
09:35 04.05.2012
1728
Məkkə şəhərinin 6 fərqli yerindən Kəbəyə getmək üçün kanat sistemi qurulması üçün layihə hazırlanır. “Cihan” agentliyinin məlumatına görə, bu barədə məlumatı “Ümmül Qurra” universiteti Həc və Ümrə araşdırmaları mərkəzinin rəhbəri Adnan Qutub verib.Bu məqsədlə təklif hazırladıqlarını deyən Qutub dünya təcrübəsindən istifadə etdiklərini bildirib. “Xüsusilə Həc mövsümündə Məkkə şəhərindəki Kəbəyə cedən yollarda böyük tıxaclar yaranır. Bunun qarşısını almaq üçün dünya təcrübəsini diqqətə alaraq belə bir təklif hazırladıq”.

OXŞAR XƏBƏRLƏR