“Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova mağazası yanan sahibkarlarla görüşüb. AZXEBER.COMAzVision.az-aistinadən verdiyiməlumatagörə, görüşdə ziyanadüşənsahibkarlarınprobleminidinləyənK.Məmmədovaonlaragüzəştedəcəyinibildirib. Mağazaların sığorta edilmədiyini irad tutan K.Məmmədova yanan malların kompensasiya edilməyəcəyini deyib. Bu məsələdə heç nə edə bilməyəcəyini deyən sahibkar yanan mağazaların 15 gün ərzində təmir olunaraq təhvil veriləcəyini, ziyan görən mağaza sahiblərindən 7 ay yer pulu almayacağını diqqətə çatdırıb. Qeyd edək ki, ötən gün axşam saatlarına “Binə” Ticarət Mərkəzində güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, yanğın zamanı 45 mağazaya ziyan dəyib. Ümumilikdə isə hadisə ilə əlaqədar sahibkarlarə dəyən ziyanın ümumi məbləği açıqlanmır.