'Keçinəndən sonra da 10 bıçaq zərbəsi vurub' - 16 yaşlı məktəblinin dəhşətli qətli

KRİMİNAL
12:57 17.10.2015
4430

Zaqatalada məktəblinin qətlə yetirilməsinin bəzi detalları məlum olub.

AZXEBER.COM APA TV-yə istinadən məlumatına görə, hadisə oktyabrın 14-ü axşam saat 20 radələrində Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının qarşısında baş verib.

Həmin binada anası ilə kirayədə yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadə ilə Zaqatala şəhəri M.Ə.Rəsulzadə küçəsi 65 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov arasında dava olub. Dava zamanı 14 yaşlı Murad Məmmədov üzərində gəzdirdiyi bıçaqla 16 yaşlı İbrahim Əsədzadəyə çoxsaylı bıçaq xəsarəti yetirib. İbrahim Əsədzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.Qətlə yetirilən yeniyetmənin babası Əli Əsədovun sözlərinə görə, qətli törədən məktəbli binanın girişində gizlənibmiş:

"Hökumət evidir. Girişdə gizlənib, gələndə arxadan sol tərəfə - ürəyinə vurub. Bundan sonra keçinib. Görün, nə qədər amansız adamdır ki, keçinəndən sonra da 10 bıçaq zərbəsi vurub. Öləndən sonra da bıçaqlayıb".Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.Zaqatala rayon prokuroru Əli Abdullayevin sözlərinə görə, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi güman edilir:

"Tərəfimizdən Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılaraq, istintaq davam etdirilir. İstintaqın ilkin mərhələsində cinayəti törətməkdə şübhəli bilinən Məmmədov Murad Möhsüm oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq hərəkətləri zamanı istintaqa məlum olan budur ki, cinayətə iki şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə səbəb olub".

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, qətlə yetirilən İbrahim Əsədzadə Zaqatala şəhər 3 saylı məktəbinin 11-ci sinif şagirdi olub. İbrahimin atası anasından ayrılıb və hazırda Rusiyada yaşayır. Onun sənədlərində problem olduğu üçün oğlunun yas mərasiminə gələ bilmir. Bu səbəbdən yas mərasimi İbrahimin həm ata babası, həm də ana babası tərəfindən ayrı-ayrılıqda keçirilir.

Qətli törədən Murad Məmmədov isə Zaqatala şəhəri 2 saylı rus bölməli məktəbin şagirdidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda