AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, 30 ildən çoxdur yataqxanada yaşayan keçmiş məcburi köçkünlər işğaldan azad edilən torpaqlara köçürülür.
Lakin qeydiyyatda olduqları bölgələrə yox, siyahı üzrə qeyd olunan ərazilərə köçmələri təklif edilir.
Bu iddialarla paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən yataqxananın sakinləri "Xəzər Xəbər”ə müraciət ediblər.
Sakinlər deyirlər ki, onlara yaşadıqları yataqxananın söküləcəyi bildirilib.
Keçmiş məcburi köçkünlər getməyə etiraz etmir, onlar illərdir bu günü gözlədiklərini deyirlər. Lakin öz doğulduqları, yaşadıqları yerə köçmək istəyirlər.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, iş günündə məsələ araşdırlacaq və ictimaiyyətə məlumat veriləcək.











































