Keçmiş məcburi köçkünlər qeydiyyatda olmadıqları rayonlara köçürülür? - VİDEO

Keçmiş məcburi köçkünlər qeydiyyatda olmadıqları rayonlara köçürülür? - VİDEO
SOSİAL
23:27 12.07.2026
282
Bakının Nizami rayonunda yerləşən yataqxanada illərdir yaşayan 120-yə yaxın məcburi köçkün ailəsinə binanın söküləcəyi deyilib. Onların isə işğaldan azad edilən torpaqlara köçürüləcəyi bildirilib. Əlində köçün baş tutacağı yerlərin siyahısı ilə gələn nümayəndənin təklifi isə heç də sakinlərin ürəyincə olmayıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, 30 ildən çoxdur yataqxanada yaşayan keçmiş məcburi köçkünlər işğaldan azad edilən torpaqlara köçürülür.

Lakin qeydiyyatda olduqları bölgələrə yox, siyahı üzrə qeyd olunan ərazilərə köçmələri təklif edilir.

Bu iddialarla paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən yataqxananın sakinləri "Xəzər Xəbər”ə müraciət ediblər.
Sakinlər deyirlər ki, onlara yaşadıqları yataqxananın söküləcəyi bildirilib.

Keçmiş məcburi köçkünlər getməyə etiraz etmir, onlar illərdir bu günü gözlədiklərini deyirlər. Lakin öz doğulduqları, yaşadıqları yerə köçmək istəyirlər.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, iş günündə məsələ araşdırlacaq və ictimaiyyətə məlumat veriləcək. 

OXŞAR XƏBƏRLƏR