Keçmiş məhkumdan 1,5 kiloqram narkotik vasitə aşkarlandı

Keçmiş məhkumdan 1,5 kiloqram narkotik vasitə aşkarlandı
KRİMİNAL
14:14 25.09.2026
79
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

AZXEBER.COM xəbər verir ki, əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb. Ondan 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanıb.
 
Saxlanılan şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, F.Buğluyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR