Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı

Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
SİYASƏT
17:52 17.10.2018
7130
AZXEBER.COM son dövrlərə qədər Nazirlər Kabinetinin tərkibində yer alan nazirlərin hazırda nə işlə məşğul olmaları ilə bağlı kiçik araşdırma aparıb.

AZXEBER.COM-a danışan sabiq nazirlər hazırda nə işlə məşğul olmaları, gələcək planları ilə bağlı fikirlərini bizimlə bölüşüblər.

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev əməkdaşımızın "Hazırda nə işlə məşğul olursunuz” sualına "Siz mənim nömrəni haradan əldə etmisiniz” şəklində cavab verib.

Əməkdaşımızın "Siz ölkənin məşhur insanlarındansınız” arqumentindən sonra Heydər Babayev bu barədə danışmaq istəmədiyini deyib.

"Vaxtilə sizin müavininiz olmuş şəxslərdən bəziləri hazırda yüksək vəzifə tuturlar. Sizində hər hansı vəzifəyə keçmək şansınız varmı” sualına cavabında sabiq nazir bildirdi ki, bu məlumatlar əsassızdır: "Belə bir şey yoxdur”.
 
O istirahət etdiyini də vurğulayıb. 

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov də hazırda istirahət etdiyini bildirdi: "Hazırda istirahət edirəm. Hər şey qaydasındadır. Səhhətim də qaydasındadır”.

"Mətbuatda sizin haqqınızda müxtəlif informasiyalar dolaşır. Bu informasiyalar arasında həbs olunmaqla bağlı məqamlar da var” sualımıza cavabında Ziya Məmmədov söylədi ki, bu informasiyalar əsassızdır: "Kim nə gəldi yazır. Hamısı da yalandır, böhtandır. Bir halda ki, yalan yazırlar, özlərindən soruşun ki, niyə belə sözlər yayırlar”.

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev hazırda evində olduğunu, zamanının çoxunu istirahətə ayırdığını dedi: "Hər şey qaydasındadır. Heç bir problem yoxdur”.

"Yenidən vəzifəyə təyin olunmaq ehtimalı varmı” sualına cavabında Firudin Nəbiyev söylədi ki, onun üçün əsas vəzifə yox, dövlətçiliyə xidmətdir: "Mən hər zaman Cənab Prezident İlham Əliyevin əsgəri olmuşam. Bu gün də belədir. Vəzifədə olsam da, olmasam da. Əsas dövlətimizin inkişafıdır. Bizim üçün vəzifədə olub-olmamağın heç bir fərqi yoxdur”.

Özünü Xəzər Dəniz Gəmişiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun köməkçisi kimi təqdim edən Qərib adlı şəxs bildirdi ki, Aydın Bəşirov hazırda təqaüddədir: "Şükürlər olsun, sağ-salamatdır. Özünü də çox gümrah hisss edir. Hər şey qaydasındadır”.

Aydın Bəşirovun Fövqəladə Hallar Nazirliyində vəzifəyə təyin olunması ilə bağlı informasiyalardan xəbərsiz olduğunu deyən köməkçisinin sözlərinə görə, bununla bağlı dəqiq məlumatı onun özü ilə əlaqə saxladıqdan sonra bizə bildirəcək.

Azər Niftiyev,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
13:30 14.10.2026
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
Bakıda 14 küçə və prospekt təmir ediləcək
13:29 14.10.2026
Bakıda 14 küçə və prospekt təmir ediləcək
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
13:27 14.10.2026
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
13:20 14.10.2026
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
13:12 14.10.2026
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
13:06 14.10.2026
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
12:48 14.10.2026
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi