Kəmaləddin Heydərov ATƏT nümayəndəsi və Ukrayna səfiri ilə görüşüb

Kəmaləddin Heydərov ATƏT nümayəndəsi və Ukrayna səfiri ilə görüşüb
Bütün Xəbərlər
12:21 26.01.2012
1121

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqayı qəbul edib.

AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN-in fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib, həmçinin nazirlik və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Öz növbəsində, K. Tarqay da hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib. Görüşdə FHN-lə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. K. Heydərov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Mişenkonu da qəbul edib. Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili və digər məsələlər də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR