Kəmaləddin Heydərov təcili Azərbaycana qayıtdı

Kəmaləddin Heydərov təcili Azərbaycana qayıtdı
Bütün Xəbərlər
18:57 19.05.2015
2252
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistana rəsmi səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb. Bu barədə Trend-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, K.Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti 19 may 2015-ci il tarixində Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə həmin ölkəyə rəsmi səfərə gedib.
Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar nazir rəsmi səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.
OXŞAR XƏBƏRLƏR