Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul edəcək
Bütün Xəbərlər
15:22 20.11.2013
739

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov noyabr ayının 29-da Salyan rayonunda vətəndaşlarla görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən APA-ya verilən məlumata görə, görüş saat 11:00-da Salyan rayonu Ərazi Kənd Təsərrüfatı İdarəsində (Heydər Əliyev küçəsi,107) təşkil olunacaq. Görüşdə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak edə bilərlər.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsi (tel.: 02125 55095; (050) 317 58 00) tərəfindən həyata keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]/* */) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

OXŞAR XƏBƏRLƏR