Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olunub

Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olunub
MEDİA
13:19 25.04.2018
3690

"ASAN xidmət”in rəsmisi Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinə keçib.

AZXEBER.COM xəbər verir ki, o, nazirlikdə İctimaiyyətlə əlaqələr və İnformasiya siyasəti şöbəsinin rəhbəri vəzifəsini həyata keçirəcək.

Anar Hüseynovun "ASAN xidmət”də fəaliyyətinə nəzər yetirsək, tezliklə Kənd Təsərrüfatı Nazirliyində də bu sahədə yeni yanaşmalarının olacağı gözlənilir.

Qeyd edək ki, Anar Hüseynov fəaliyyətinə İctimai Televiziyada xəbər aparıcısı kimi başlayıb. Bundan sonra Strateji Araşdırmalar Mərkəzində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

Sonra Azərbaycanda fəaliyyət göstərən "Jumeirah Bilgah Beach Hotel”də fəaliyyətini davam etdirib.

2013-cü ildə isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.


 
OXŞAR XƏBƏRLƏR