“Kəpəz” 10 futbolçunu qovdu

İDMAN
13:25 22.12.2011
1964
“Kəpəz” klubundan uzaqlaşdırılan futbolçuların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mirbağır İsayev qış fasiləsindən sonra xidmətində maraqlı olmayan 10 futbolçu ilə yolların ayrılmasına qərar verib.Komandadan gedib-getməyəcəyi maraqla gözlənilən Ceyhun Sultanovun da məsələsinə aydınlıq gəlib. Onunla yanaşı, kapitanı Azər Məmmədov da heyətdə saxlanılıb. İsayevin imtina etdiyi 10 futbolçudan 5-i legionerdir. Bunlar “Qəbələ”nin sabiq üzvləri Milan Antiçlə Razvan Tarlea, Elşən Poladovun zədələnməsindən sonra əsas heyətdə möhkəmlənən qapıçı Konistantin Kalesnikov, zədə səbəbindən bir müddət oynaya bilməyən türkiyəli Muammer Erdoğdu və Anton Qaydır. Gənc mütəxəssis Renat Sultanov, Vasif Haqverdiyev, Vasif Əliyev, Xəyal Qarayev və Tural Abbaszadə kimi yerli oyunçularla da yolların ayrılmasını istəyib. Məşqçi gedənlərin yerini əsasən gənclərin hesabına dolduracaq.

OXŞAR XƏBƏRLƏR