Kəsin Rəsulun qulağını - KÖŞƏ

Kəsin Rəsulun qulağını - KÖŞƏ
KÖŞƏ
00:31 16.05.2012
3083
Laçın MəmişovBalaban...qəm, nisgil, həsrət, bütün dərdi bəlamarımızı öz ecazkar səsi ilə gözümüzün önündə xəyal fənəri kimi canlandırıb işıqlandıran bir sirli dünya. Elə bir dünyadır ki, o dünyanı bəzən özlüyümdə ruhlar dünyasına bənzədirəm. Ruhu olmayan o qəm diyarına gedən karvanda əsla yolçu ola bilməz. Ordan gələn səslər daima qulağımda səslənir, bəzən məni uşaq qədər kövrək, bəzən məzluma Musa, bəzənsə zalimə Əli edir. Dünya çaş baş qalıb, əslində bizə məxsus olan bu sirli alət kmiə məxsusdur ? Vartana ya Xeybərə ? Əlixan Səmədovla söhbətlərimizin birini xatırladım. O qeyd etdi ki, Türkiyəyə yeni getdiyində hamı "Duduk" deyib dad edirdi. Bu məni çox əsəbləşdirirdi. Amma bir müddət keçdi uzun və əzab əziyyətli yollardan keçəm bahasına Balaban sözünün hansı məna kəsb etdiyini qismən də olsa dünyaya anlada bildim...Doğurdan da Əlixan Səmədovun milli musiqimiz üçün xidmətləri olduqca böyükdür. Daha sonra isə dünya arenası Şirzad Fətəliyevin kamera orkestrinin müşayəti ilə "Sarı gəlin", "Sən gəlməz oldun", "Şur" və s ifalarını dinlədikdən sonra kəsinliklə əmin oldular ki, bu Azərbaycan xalqının musiqi alətidir. Hətta səmərqənddə 2011-ci ildə keçirilərn "Şərq təranələri" musiqi festifalında dünyanı barmağına sarıyan lənətullah Cevan Qasparyan Şirzadla bir səhnəyə çıxmaqdan imtina etdi. Çünki Cevan gözəl bilirdi ki, Şirzadın damarlarından "Rəqs" alı Balaban havasının müəllifi Ustad Balabançı Nizan Fətəliyevin qanı axır. Nizan Fətəliyev isə "Heyvagülü" və "Koroğlu nağarası" havalarının müəllifi, 1918-ci ildə Həbib Əfəndinin təkidi ilə Azərbaycana gəlmiş Nuri Paşanın Komandanlıq etdiyi Qafqaz İslam Ordusunu Ağsu dolaylalrında qarşılayıb "Cəngi" sədaları ilə ordunun önündə gedən Ustad Balabançı Əli Kərimov el arasında Əli Dədə kimi tanınan böyük şəxsiyyətin davamçısı idi. Bir sözlə Cevan yaxşı bilirdi ki, onun Şirzadla Balaban ifası ilə bir səhnə paylaşmağa haqqı yoxdur.  Qarabağ savaşımızı hələ ki, sülh yolu ilə nizamlamağı düşündüyümüz halda, digər bir yolla da "müharibə" davam edir. Bu müharibə "Sarı gəlin" və Balaban müstəvisəndə heç bir atəşkəs rejimi olmadan davam edir. Ermənilər bir vaxtlar Azərbaycanda yaşadıqları müddətdə Balabanın ərik ağacından hazırlandığını öyrəndilər. Daha sonra onu necə hazırlamağın sirrlərinə yiyələndilər. Sonra isə bəlli oldu ki, tək ərik ağacı ilə iş bitmir. Balabana qarğı lazımdır, o qarğı ki, həmin sirli səsi yaradır. Həmin sirli səsi isə tam dolğun formada Gəncə və Göranboyda bitən qamışdan başqa heç bir qamış vermir. Ermənilər məlum 1988-ci il hadisələrindən sonra itib getdilər. Gedəndə özləri ilə Balaban hazırlamaq üçün dəzgahlarını və aləti hazırlamağın bütün sirrlərini də oğurlayıb apardılar. Lakin apara bilmədikləri bir şey qaldı. Azərbaycan musiqisini duya bilən ürək və Goranboy, Gəncə qarğısı...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub